Nigeriya Limanlar İdarəsinin nümayəndə heyəti – Baş Direktorun müavini Abdulkadir Qarba Qusau və Logistika və Nəqliyyat Departamentinin rəhbəri İbrahim Məhəmməd 13-17 mart 2023-cü il tarixdə tərəfdaşlıq imkanlarını araşdırmaq üçün Bakı Limanında səfərdədirlər.
Bu gün nümayəndə heyəti Bakı Limanının rəhbərliyi ilə görüşüb və Bakı Limanı ilə Nigeriya Limanlar İdarəsi arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib. Tərəflər həmçinin qarşılıqlı faydalı tərəfdaşlığın qurulması üçün qabaqcıl təcrübələrin mübadiləsi yollarını müzakirə ediblər.
Səfər çərçivəsində nümayəndə heyəti həmçinin Ələtdə Bakı Limanının terminallarına də səfər edərək, liman əməliyyatları ilə tanış olmuş və Limanının əməliyyatlar üzrə komandası ilə görüşüblər.












Source:https://www.facebook.com/BakuSeaTradePort