Gürcüstan «İpək Yolu» üçün Qara Dənizdə yeni liman tikmək istəyir – BÖYÜK İNVESTOR AXTARIR – AZƏRBAYCAN OLA BİLƏRMİ?

315

Xəbər verildiyi kimi, martın 13-də Almaniyada səfərdə olan prezident İlham Əliyev bu ölkədə fəaliyyət göstərən aparıcı iş adamları ilə görüşüb.

FED.az-ın məlumatına görə, görüşdə iş adamları dövlət başçısına bəzi təkliflər verib və biznes imkanlarla maraqlanıblar.

Görüşdə Almaniyanın “Luna Group” şirkətinin baş icraçı direktoru Merko Novak prezident İlham Əliyvə Gürcüatanda Qara dəniz sahilində yeni yaradılacaq Anakliya limanın səhmdarı olmaq barədə təklif edib və bununla bağlı Rəsmi Bakının mövqeyi ilə  maraqlanıb. 

Qeyd edək ki, baş ofisi Hamburqda yerləşənr “Luna Group” şirkəti artıq 30 ildir ki, Şərqi Avropa ilə işləyir və əsasən logistika və strukturun inkişafı üzrə ixtisaslaşıb. 

İş adamı bildirib ki, son iki ildə ən çox məşğul olduqları sahə Orta Dəhliz və onun inkişafı ilə bağlıdır: «Son iki ildə ən sevimli mövzularımdan biri Orta Dəhliz, bu dəhlizin inkişafı məsələsidir. Bu məqsədlə biz Gürcüstanda şirkət yaratmışıq və hazırda faktiki məlumatlar və göstəricilər, növbəti 30 il üçün proqnozlarla birlikdə Orta Dəhlizin texniki-iqtisadi əsaslandırılması işlərini aparırıq. Bu, gələn ayın sonunda hazır olacaq. Düşünürəm ki, Sizin üçün də maraqlı olar».

“Luna Group” şirkətinin rəhbəri Azərbaycan prezidentinə bildirib ki,  şirkət əsasən limanların infrastrukturunun inkişafı üzərində də işləyir: «Konstansa limanında bizim nəhəng investisiya layihəmiz var. Sözsüz ki, biz Poti və Anakliya limanlarını da nəzərdən keçiririk. Orada aktiv fəaliyyət göstərmək istəyən investor var. Yeni Poti limanı və terminalı, Anakliya limanı». 

İş adamı prezidentdən Azərbaycanınyeni Poti və ya Anakliya limanında investor kimi çıxış etməsi imkanı və ya istəyi ilə maraqlanıb: Sizə sualım belədir ki, hazırda beynəlxalq logistikada fəal inkişaf edən Qazaxıstan dəmir yolu kimi, – eşitdiyimə görə, onlar Poti limanına investisiya yatırmaq istəyirlər, bəlkə də Anakliyaya, hazırda mən rəqəmləri bilmirəm, – lakin ümidvaram ki, cəlbedici olacaq. Yəqin ki, Qara dənizə yeni bağlantının yaranması Azərbaycan üçün də maraqlı olar». 

Cavabında İlham Əliyev bildirib ki, o artıq Anakliya mimanı barədə məlumatlıdır və hətta bir qədər əvvəl bu limana yatırım etmək mövzusu da müzakirə edilib: Mənə Gürcüstanın Anakliya limanı layihəsi barəsində məlumat verilib. Gürcüstan dövlətinin dəvəti əsasında biz həmin layihənin həmsərmayəçisi olmaq imkanını nəzərdən keçirməyə başladıq, lakin sonra bildiyiniz kimi, Anakliya limanı layihəsi təxirə salındı». 

Dövlət başçısı qeyd edib ki, Bakı bu məsələyə yenidən baxa bilər, amma bu limanın digər həmtəsisçilərini kim olmasından asılı olacaq: «İndi isə o, yenidən gündəmə gəlib və biz bu layihəyə yenidən baxmalıyıq, çünki hər halda onun vaxtilə təxirə salınmasının indi isə yenidən canlanmasının səbəbləri var. Əlbəttə, sərmayədarların tərkibi, pay bölgüsü və həmsərmayədarların kimlərdən ibarət olacağı haqqında məlumatımız olsa, biz bu imkanları yenidən nəzərdən keçirə bilərik».