Xəzərin Azərbaycan sektorunda balıq tapmaq müşkülə çevrildi – VİDEO

314

Xəzər dənizinin Azərbaycan sektorunda kütüm, ağ balıq, kefal, sazan və s. balıqları tapmaq müşkülə çevrilib.

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycan bazarında satışa çıxarılan adıçəkilən balıqların əksər hissəsi Xəzərin Rusiya və İran sahil sularından tutulan balıqlardır.

Yerli balıqların qiyməti də digər ölkələrdən gətirilənlərdən bahadır. Bəzən aradakı qiymət fərqi 3 manat və daha çox təşkil edir.

Satıcılar və alıcılar da yerli balıqlara tələbatın çox olduğunu bildirirlər.

Qeyd edək ki, Kürdə sululuğun azalması bu çay vasitəsilə Xəzərə gələn balıqların sayına da təsir edir. Bu hal qıtlığı daha da artıra bilər.

Daha ətraflı süjetdə:

oxu.az