Azərbaycan gəmisi Türkmənistanda sualtı boru kəməri çəkəcək

278

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Süleyman Vəzirov” borudüzən gəmisi Xəzər dənizinin Türkmənistan sektorunda borudüzmə işlərinə cəlb olunub.

“Süleyman Vəzirov” borudüzən gəmisi “LAM and ZHDANOV” (Dubayın Dragon Oil Plc neft-qaz şirkəti tərəfindən işlənilir) neft yatağındakı borudüzmə işlərinə cəlb olunub. Gəmi ilə dörd düyümlük qaz boru xəttinin “Lam-B” platformasından “Lam-C” platformasına və “Lam-B” platformasından “Lam-28” platformasınadək çəkilməsi həyata keçiriləcək. Ümumilikdə xəttin uzunluğu 5 kilometr təşkil edəcək”, – ASCO-nun məlumatında deyilir.

Cəmiyyətin məlumatına əsasən, “Süleyman Vəzirov” borudüzən gəmini təyinat nöqtəsinə ASCO-nun Xəzər Dəniz Neft Donanmasının “Lyutoqa” və “Om” yedək gəmiləri çatdırıblar. 

İnterfax-Azərbaycan