“NYK” törəmə şirkətinin səhmlərini geri alacaq

178

Yaponiyanın “NYK” gəmiçilik korporasiyası “Mitsubishi Ore Transport” törəmə şirkətinin sahib olmadığı bütün səhmlərini tərəfdaşlarından geri alacaq.

“Seanews.az”  xəbər verir ki, bu barədə TASS şirkətə istinadən məlumat yayıb. 

“Mitsubishi Ore Transport” 17 balker, avtomobil və ağac materialları daşıyan gəmilərdən ibarət donanmanı idarə edir.

Hazırda “NYK” törəmə şirkətinin səhmlərinin 40,28%-nə sahibdir. Qalanları “Mitsubishi Corp”-a (“MC”), “Tokio Marine & Nichido Fire Insurance Co., Ltd.” (“Tokio Marine & Nichido”) və “Mitsubishi Heavy Industries, Ltd.” (“MHI”) şirkətlərinə məxsusdur.

Əldə olunan razılaşmanın təfərrüatları açıqlanmayıb.