Türkiyənin Tuzla bölgəsindəki Dentaş Gəmiqayırma Zavodunda təmirə dayanan quru yük gəmisində yanğın baş verib.
“Seanews.az” xəbər verir ki, hadisə yerinə dərhal çoxlu sayda polis və yanğınsöndürən cəlb edilib, yanğın söndürülüb.
Yanğın nəticəsində gəmiyə maddi ziyan dəysə də, xəsarət alan və ölən olmayıb.
Hadisənin başvermə səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.