Dövlət Dəniz və Liman Agentliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib

398

Azərbaycan xalqı böyük tarixi şəxsiyyət, görkəmli dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyini qeyd edir.

Bununla əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, həmçinin nazirliyin tabeliyində fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.

Ziyarətçilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.