“Baku Sailing Regatta-2023”də hər birinizin yolunuzu gözləyirik

520

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Gənclər və İdman Nazirliyinin, Azərbaycan Yelkənli İdman Federasiyasının (SFA), “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) və “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun birgə təşkilatçılığı ilə “Baku Sailing Regatta-2023” keçiriləcək. 

Xarici yelkənçilərin də iştirak edəcəyi Regatta “Xəzər bizi səsləyir” devizi ilə Bakı buxtasında (Yaxt klub ərazisində) təşkil olunacaq.

Final günündə – 28 mayda, saat 14:00-da qaliblərinin mükafatlandırılması ilə yanaşı, müxtəlif əyləncəli proqramlar da təşkil ediləcək. Tədbirdə iştirak qeydiyyatsız və ödənişsizdir.

Dənizkənarı Milli Parka bayram əhvali-ruhiyyəsi gətirəcək “Baku Sailing Regatta-2023” tədbiri əylənmək, yelkənli qayıqların şousunu izləmək, yelkənli qayıq idman növü ilə yaxından tanışlıq üçün əsl fürsət olacaq.  Odur ki, hər birinizi “Baku Sailing Regatta-2023”də gözləyirik.

Xatırladaq ki, “Baku Sailing Regatta” üçüncü dəfədir ki, təşkil olunur. 

seanews.az