Bu gün Kanada Avrasiya Ticarət Palatasının(KATP) üvlərindən ibarət nümayəndə heyəti Bakı Limanına səfər edib. Əsas məqsədi Kanadanın biznes qurumları ilə Bakı Limanı arasında işgüzar əlaqələrin inkişaf etdirilməsi və ticarət əlaqələrinin genişləndirilməsi olan səfər zamanı, nümayəndə heyətininin tərkibinə “5Blue Processing”, “Cənubi Alberta Texnologiya İnstitutu”, “JORI Logistics”, “Black Powder Solutions”, “Master Flo Valve Co”, “Stream-Flo Industries” və “Thermal Design Engineering” kimi müxtəlif Kanada bizneslərinin təmsilçiləri daxil olub.
KATP-nin üzvləri potensial tərəfdaşlıq imkanları, işgüzar əməkdaşlıqlar və ticarət perspektivlərini araşdırmaq üçün limanın əməliyyatları və kommersiya komandası ilə görüşüb. Görüşdə əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə edilib, qarşılıqlı maraq doğuran istiqamətlərin inkişafı yolları araşdırılıb.
Səfər zamanı qonaqlara limanın infrastrukturu, əməliyyat imkanları və xidmətləri haqqında məlumat verilib. Müzakirələrdə əsas diqqət Kanadanın biznes qurumları ilə Bakı Limanı arasında işgüzar əlaqələrin inkişaf etdirilməsi və ticarət əlaqələrinin genişləndirilməsi olub.
Source:https://www.facebook.com/BakuSeaTradePort