Latviyanın Liepaya Dəniz Kollecinin nümayəndələri ADDA-da ilə olublar

241

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) Latviyanın Liepaya Dəniz Kollecinin nümayəndələri ilə görüş keçirilib.

Görüş zamanı təhsil müəssisələri arasında 2021-2027-ci illəri əhatə edən ERASMUS+ proqramının icrasının gedişatı ətrafında fikir mübadiləsi aparılıb.

Bundan başqa, qonaqlara ADDA-da tədris olunan ixtisaslar barədə ətraflı məlumat verilib. Bildirilib ki, burada dənizçilik ixtisasları üzrə təhsilin bütün pillələri üzrə müasir standartlara cavab verən tədris prosesi qurulub. Yüksəkixtisaslı dənizçi mütəxəssislər hazırlamaq üçün akademiya özünün maddi-texniki potensialını daim modernləşdirir, auditoriya, laboratoriyalarını ən müasir texniki-təlim vasitələri ilə zənginləşdirir.

Səfər çərçivəsində Kollecin mütəxəssisləri ADDA-nın maddi-texniki bazası ilə yanaşı, tələbələrin ixtiyarına verilmiş “General Əsədov” tədris gəmisi ilə də yaxından tanış olublar.

seanews.az