Bu yeni layihənin yaradılmasında məqsəd dənizçilərin sosial rifahını artırmaq, qabaqcıl ölkələrin dənizçilik təcrübəsindən yararlanaraq peşə və kvalivikasiya standartları yüksək mütəxəssislərin öz təcrübələrini dənizçilərlərlə bölüşməsinə imkan yaratmaqdır.
Artıq mütəmadi olaraq “United Alliance Group”da dənizçilik sahəsində müxtəlif mövzularla “Açıq qapı” günü təşkil olunacaq.
Bu məqsədlə 12 İyun saat 11:00-da “United Alliance Group”un partnyorluq etdiyi GN Group şirkətinin insan resursları üzrə müdiri, çoxillik tərcrübəyə malik uzaq səfərlər kapitanı Recep Erkan Erecek dənizçilərlə görüşəcək.
Dənizçilik sahəsində şəffaflığın təmin edilməsi, aparılan işin səmərəliliyinin daima artırılması, peşə fəaliyyətinin daha da yaxşılaşdırılması məqsədilə onlarla təcrübələrini bölüşəcək.
Görüş çərçivəsində dənizçilərə hazırda mövcud olan iş vakansiyaları barədə məlumat veriləcək. Qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı dənizçilərin seçiminin aparılmasına imkan yaranacaq.
Görüşdə iştirak etmək istəyən dənizçilər öz CV nümunələri ilə “Açıq Qapı”nın keçiriləcəyi vaxtda ofisimizə yaxınlaşa bilərlər.
Source:https://www.facebook.com/unitedalliancegroupltd