Ukrayna İrana yüklərin daşınmasını qadağan etdi

257

Ukraynanın “Ukrjeldoroqa” dəmir yolu şirkəti kənd təsərrüfatı mallarının Macarıstana və bütün növ məhsulların İrana daşınmasına müvəqqəti qadağa qoyub. Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.

Məhdudiyyət sentyabrın 16-dək qüvvədədir.

Qeyd edək ki, mayın 29-da Ukrayna İrana qarşı 50 il müddətinə sanksiyalar tətbiq edib. Bu qərara İranın Rusiyaya silah tədarük etməsi səbəb olub.

Mənbə: TASS