Aktau limanıdan İrana 98,4 min ton taxıl göndərilib

198

“Ak Biday-Terminal” ASC-nin Qazaxıstanın Aktau limanındakı taxıl terminalı vasitəsilə İran istiqamətində taxıl aşırmalarının ümumi həcmi 98 438 ton təşkil edib.

Bildirilir ki, bu il taxılın terminal vasitəsilə ötürülməsi plana uyğun və adi iş rejimindən kənara çıxmadan həyata keçirilir. Hazırda yükgöndərənlərdən taxıl qəbulu aparılır. İyulda ixracatçılardan16 852 min ton taxılın ötürülməsi üçün müraciət daxil olub.

“Ak Bidai – Terminal” ASC taxıl və yağlı bitkiləri, eləcə də digər toplu yükləri qəbul etmək və aşırmaq imkanına malikdir. Qeyd edək ki, Aktau limanının illik taxıl aşırılması planı 400 min tondur.

“Seanews.az”