Bu gün görkəmli dənizçi Mahmud Rəhimovun anım günüdür.

355

Mahmud Rəhimov Gəmiçiliyin rəisi olarkən donanmanın, xüsusilə onun özəyini təşkil edən tanker donanmasının bərpasına, yeniləşdirilməsinə və inkişafına ciddi fikir verib. Bakı ilə Krasnovodsk (Türkmənbaşı) limanları arasında gəmi-bərə keçidinin inşasının təşəbbüskarlarından və onu reallaşdıranlardan biri olub. Mükəmməl nəqliyyat – dəmir yolu – bərə sisteminin yaradılmasında misilsiz xidmət göstərib.

Keçən əsrin 60-cı illərində Mahmud Rəhimovun sayəsində donanmanın suya az oturan “Mühəndis Pustoşkin” tipli tanker və “Mühəndis Belov” tipli quru yük daşıyan gəmilərinin Qara və Aralıq dənizlərində istismarına icazə verilir. Bu, Xəzər Gəmiçiliyinin dənizçilərinə beynəlxalq sulara çıxaraq təcrübələrini dünya standartlarına uyğun zənginləşdirmək imkanı yaradır. Bakı limanında qeydiyyata alınmış gəmilər dünyanın 100-dən artıq limanına daxil olur.

Mahmud Cəfərqulu oğlu Rəhimovun xatirəsi Xəzər dənizçilərinin qəlbində yaşayır və həmişə də yaşayacaq

asco.az