Dövlət Dəniz və Liman Agentliyi 2 tenderi yekunlaşdırdı – QALİBLƏR, MƏBLƏĞLƏR

313

Dövlət Dəniz və Liman Agentliyi daha iki tenderi yekunlaşdırıb.

FED.az xəbər verir ki, qalib şirkətlər aşağıdakı tenderlər üzrə müəyyən edilib.

“Katriclərin doldurulması xidməti” tenderinin qalibi “Azmiut Təchizat” MMC (VÖEN: 1306553451) olub.

Şirkətlə 2 794 manat məbləğində müqavilə imzalanıb.

“Avtomobillərin cari təmir işlərinin satın alınması” tenderinin qalibi isə “Furqan Avto” MMC (VÖEN: 2100451431) olub.

Şirkətlə 11 436 manat məbləğində müqavilə imzalanıb.