86 qeyri-qanuni miqrantın olduğu qayıq Kanar adalarının bir hissəsi olan Qran Kanariya adasından təxminən 130 km cənubda ispaniyalı xilasedicilər tərəfindən saxlanılıb.
“Report” “Interfax”a istinadən xəbər verir ki, bu qayıqda Afrika əsilli 80 kişi və altı qadın olub.
Bildirilib ki, onların sağlamlığı üçün təhlükə yoxdur.
Yerli mətbuatın məlumatına görə, qayıq 200 nəfərə qədər olan başqa bir gəmini axtararkən təyyarədən görünüb.
İspaniya mətbuatı qeyd edir ki, son həftələrdə Kanar adalarına qeyri-qanuni mühacirləri daşıyan bir neçə böyük qayıq çatıb ki, onların da əksəriyyəti Seneqaldan gəlib.