“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti
“Azərbaycan Dövlət Dəniz Akademiyası” Publik Hüquqi Şəxsi
kafedralar üzrə vakant olan vəzifələrin tutulması üçün müsabiqə
ELAN EDİR:
“Gəmiqayırma və gəmi təmiri kafedrası” üzrə
“Materialşünaslıq və materiallar texnologiyası” (tədris ingilis dilində) – saathesabı ödənişlə
“Gəmi energetik qurğuları kafedrası” üzrə
“Hidravlika və hidromexanika” (tədris azərbaycan və rus dillərində) – 0,5 ştat 1 yer
“Gəmi köməkçi mexanizmləri, sistemləri və onların istismarı”, “Gəmi energetik qurğularının texniki istismarı” – 0,25 ştat 1 yer
“Humanitar fənlər” kafedrası üzrə
“Azərbaycan tarixi” (tədris ingilis dilində) – 0,5 ştat 1 yer
“Rus dili” – 0,25 ştat 1 yer
Müvafiq ixtisas üzrə elmi dərəcəsi və elmi adı olanlara üstünlük verilir.
Sənədlər təlimata uyğun olaraq 15 avqust 2023-cü il tarixinədək almaz.imanova@asco.az elektron ünvanına göndərilməlidir.
Tələb olunan sənədlər
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Kadrlar uçotunun şəxsi vərəqəsi;
- Tərcümeyi-hal;
- Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;
- Elmi və elmi-metodiki işlərin siyahısı.
Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 18.
Əlaqə telefonu: 404-37-00 (3220)
REKTORLUQ
Source:adda.edu.az