Ukrayna limanlarını sonuncu quru yük gəmisi tərk edib

133

Türkiyənin “TQ Samsun” quru yük gəmisi iyulun 17-də başa çatan Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində Ukrayna limanlarını tərk edən sonuncu gəmi olub.

“Report” TASS-a istinadən xəbər verir ki, quru yük gəmisi 38,8 min ton kənd təsərrüfatı məhsulları daşıyır.

“TQ Samsun” Qara dənizdəki taxıl dəhlizindən keçərək İstanbula çatıb. Gəmi daha sonra Niderlanda yola düşəcək.