Xəzər dənizində zəlzələ olub

176

Xəzər dənizində zəlzələ olub.

“Report” bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Mərkəzdən bildirilib ki, Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yerli vaxtla saat 10:31-də Xəzər dənizində (Türkmənistan ilə sərhəddə) zəlzələ qeydə alınıb.

Maqnitudası 3.5 olan zəlzələ ocağının dərinliyi 63 km olub.