Belarus 15 milyon ton məhsulunu Rusiya limanları vasitəsilə nəql etməyi planlaşdırır

202

Belarus 2023-cü ilin sonuna qədər kalium gübrələrinin ixracını bərpa etmək niyyətindədir. Rusiya limanları vasitəsilə təqribən 8,5 milyon ton kalium gübrəsi və 6,5 milyon ton neft məhsulları nəql ediləcək.

Müsbət proqnozların verilməsi ixrac tədarüklərinin bərpası dinamikasına və satış bazarlarının genişlənməsinə imkan verir. 2022-ci ildə Belarusun 3 milyon tona yaxın neft məhsulunun dəmir yolu ilə Rusiya limanlarına daşınması vəzifəsi qoyulmuşdu. Faktiki həcm 4 milyon tona yaxın olub. Dost ölkələrin bazarları Belarus gübrələrinin alışını artırır. Planlara Afrika və Latın Amerikası ölkələrinə kalium gübrələrinin birbaşa tədarükü daxildir.

Bütün bu tədbirləri ilin sonunadək əvvəlki iki ilin ixrac səviyyəsinə çatmağa imkan verəcəyini düşünürlər.

Rusiya dəmir yollarında Belarus mallarının tranziti 2023-cü ildə demək olar ki, dörd dəfə artıb. Beş ayda 7 milyon tona yaxın yük nəql edilib. Rusiyanın 19 limanı vasitəsilə isə Belarusdan 5 milyon tona yaxın yük daşınıb.