“United Alliance Group”da sizin üçün onlayn anonim şikayət və təklif qutusu yaradıldı.
Baş verən neqativ hallar, eləcə də dənizçiləri narahat edən digər məsələlərin operativ şəkildə araşdırılması üçün onlayn şikayət və təklif qutusu yaradılıb.
Dənizçilər onları narahat edən problemlərlə bağlı müraciətləri və ya təkliflərini aşağıda qeyd olunan linkə daxil olaraq ünvanlaya bilərlər.
https://unitedalliancegroup.com/az/page/teklif-ve-sikayetler
Bütün müraciətlər qeydə alınacaq və şirkət rəhbərliyinin birbaşa nəzarəti altında tam obyektiv şəkildə araşdırılacaq.
Şirkət mövcud nöqsanların aradan qaldırılması üçün dənizçiləri rast gəldikləri neqativ hallara qarşı laqeyd olmamağa və bu barədə şikayətlərini müvafiq qaydada göndərməyə çağırır.
Müraciət edən şəxslərin anonimliyinin qorunacağına zəmanət verilir.
“United Alliance Group” mövcud problemlərin həlli üçün birgə səy göstərməyin müsbət nəticələr verəcəyinə əminliyini bildirir.
Bu addım dənizçilərin sosial rifahının yaxşılaşdırılması və onların xarici dövlətlərin beynəlxalq ticarət gəmilərində işə düzəlməsi prosesində şəffaflığın təmin olunması məqsədi daşıyır!