Çinin tam elektriklə işləyən konteyner gəmisi suya salınıb.
“Seanews.az” xəbər verir ki, COSCO-nun inşa etdiyi ilk elektriklə işləyən konteyner gəmisi Yantszı çayında istismar ediləcək.
Adı açıqlanmayan gəmi hələlik N997 seriya nömrəsi ilə üzəcək.
Konteyner gəmisinin uzunluğu 120 metr, ağırlığı 10 min tondur. Yeni gəmi 700 konteyner götürmək imkanına malikdir.
N997 indiyədək dünyada ən yüksək batareya tutumuna malik gəmidir.