ASCO 2023-cü ilin 6 ayı üçün yükdaşıma göstəricilərini açıqlayıb

108

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 2023-cü ilin 6 ayı üçün yükdaşıma göstəricilərini açıqlayıb.

Cari ilin 6 ayı ərzində ASCO tankerləri ilə 2,5 milyon ton yük daşıyıb.

Bərə və Ro-Pax tipli gəmilərlə daşınan vaqonların sayı 16903 ədəd, avtonəqliyyat vasitələrinin sayı isə 15611 ədəd olub.

ASCO-nun universal quru yük gəmiləri ötən 6 ayda 422 min ton yük nəql edib.

asco.az