2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin Antalya limanı 1 milyon 957 min 466 ton yük qəbul edib.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.
Nazirlikdən verilən məlumata görə, Antalya limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 96 min 944 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 1 milyon 860 min 522 ton yük daşınıb.
“2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin Antalya limanından 670 ton tranzit yük aşırılıb”, – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2023-cü ilin iyul ayında Türkiyə limanları 32 milyon 524 min 506 ton yük qəbul edib.