Birləşmiş Ştatlar Ukrayna taxılının ixracını təmin etmək üçün müxtəlif marşrutlar və variantları nəzərdən keçirir.
APA-nın məlumatına görə, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel keçirdiyi brifinqdə deyib.
O bildirib ki, bu marşrutlardan biri Dunay boyunca daşınmadır.
“Məndə konkret təfərrüatlar yoxdur. Aydındır ki, Dunay marşrutu da mövcuddur. Biz Ukrayna taxılının çatdırılması yollarını tapmaq üçün avropalı, ukraynalı tərəfdaşlarla sıx koordinasiyada işləyirik. Bu gün marşrut və ya mexanizmlə bağlı deyəcək yeni heç nəyim yoxdur” – deyə Dövlət Departamentinin nümayəndəsi bildirib.