Türkiyə Liviyanın Xüms limanını icarəyə götürüb, hərbi baza quracaq

147

Türkiyə Liviyanın Aralıq dənizi sahilində yerləşən Xüms şəhərində yerləşən Xüms limanını 99 il müddətinə icarəyə götürüb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Dənizçilik və Qlobal Strategiyalar Mərkəzi (TÜRK-DEGS) sosial media hesabında məlumat yayıb.

Qeyd olunub ki, bölgədə qurulacaq hərbi bazaya Türkiyənin milli PUA və hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi planlaşdırılır.

Bu addım, həmçinin ticarət gəmilərinin təhlükəsizliyini təmin edəcək.