Ömrünün 45 ilini gəmi təmiri sahəsinin inkişafına həsr edən Zahid Qiyas oğlu İsmayılov 20 avqustda 70 illik yubileyini qeyd edib.
Bu münasibətlə ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin və Dəniz Nəqliyyatı Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları yubilyara baş çəkərək, onu təbrik ediblər.
Zahid İsmayılov diqqət və xoş münasibətə görə ASCO ailəsinə təşəkkürünü bildirib.
Qeyd edək ki, Zahid İsmayılov 20 avqust 1953-cü ildə Qazax rayonunda anadan olub.
O, əmək fəaliyyətinə 1975-ci ildə hazırkı “Bibiheybət” Gəmi Təmiri Zavodunda çilingər kimi başlayıb. Daha sonralar bu Zavodda Mexaniki təmir sahəsində usta, rəis müavini, rəis vəzifələrinədək yüksəlib. Həmçinin bir müddət İstehsalat şöbəsində rəis müavini, Baş mühəndisin İstehsalat üzrə müavini, Texniki nəzarət şöbəsinin rəis müavini, Təmizləmə-rəngləmə sexinin rəisi vəzifələrində işləyib.
İşgüzarlığı, məsuliyyəti və səmimiyyətinə görə hər zaman xüsusi hörmətlə xatırlanan Zahid İsmayılovu 70 illik yubileyi münasibətilə təbrik edir, ona cansağlığı, xoş günlər arzulayırıq.
seanews.az