2022-ci il fevralın 20-dən Odessa limanında olan gəmi açıq dənizə çıxıb.
“Report” xəbər verir ki, bu barədə Ukraynanın “Agroportal” nəşri məlumat yayıb.
“Primus” yükdaşıyıcı gəmisi bu səhər liman ərazisini tərk edib. Bu, “Taxıl sazişi”nə xitam verildikdən sonra Ukrayna limanını tərk edən ikinci gəmidir.