Türkiyə qarşıdakı dönəmdə Mərkəzi və Şərqi Qara dəniz bölgəsində qaz yataqlarında quyu qazmağa başlayacaq.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar TRT Haber kanalına müsahibəsində deyib.
O qeyd edib ki, Avropa ölkələri rus qazına alternativ axtarışındadır və bu mənada Türkiyəyə böyük tələbat var. O, həmçinin əlavə edib ki, Ankara qısa zamanda İraq-Türkiyə neft kəmərini istifadəyə verməyi planlaşdırır.