ASCO yeni vakansiya elan edib

1237

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Böyük mexanik vəzifəsi üzrə vakansiya elan edib.

Namizədlər işə qəbul müsabiqəsində müsbət rəy aldıqda Ehtiyat Kadr Bazasına daxil ediləcəklər. Gələcəkdə yaranacaq işçi ehtiyacı məhz Ehtiyat Kadr Bazası hesabına qarşılanacaq.

Namizədlər vakansiyalara elektron qaydada 31 dekabr 2023-cü il tarixinədək müraciət etməlidirlər. Bu zaman məlumatlar ətraflı doldurulmalı, tələb olunan bütün sənədlər təqdim edilməlidir.

Qeyd edək ki, işə qəbul zamanı Azərbaycan Dövlət Dəniz Akademiyası və onun nəzdində fəaliyyət göstərən Azərbaycan Dənizçilik Kollecinin məzunlarına üstünlük veriləcək.

Vakant yerlərlə bağlı məlumatlarla ətraflı tanış olmaq üçün aşağıdakı linklərə keçid edə bilərsiniz.

Böyük mexanik:https://www.asco.az/az/pages/6/65/vacancy/12530

asco.az