Bu ilin yanvar-iyul aylarında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsi ilə 4 002 ədəd minik avtomobili daşınıb.
“Report” bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə istinadən xəbər verir.Məlumata görə, bunun 768-i iyul ayının payına düşüb ki, bu da yanvar ayı ilə müqayisədə 2,7 dəfə çoxdur.Yükaşırmada bu müsbət tendesiyanın qarşıdakı aylarda da davam edəcəyi pronozlaşdırılır.
https://www.facebook.com/reel/635049225383766