Hedland limanından 317,1 milyon ton dəmir filizi ixrac edilib

349

2023-cü ilin yanvar-iyul aylarında Avstraliyanın Hedland limanında 317,92 milyon ton yük aşırılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% az deməkdir.

“Seanews.az” xəbər verir ki, qeyd olunan dövrdə limandan 317,1 milyon tona yaxın dəmir filizi ixrac edilib.

Hedland limanı Avstraliyanın dəmir filizinin ixrac olunduğu əsas limanıdır. 2022-ci ildə Hedland limanının yük dövriyyəsi 2,6% artaraq 567,5 milyon ton, filiz ixracı isə 560,9 milyon ton təşkil edib.