Elşad Dadaşov 1952-ci ilin yanvarın 15-də Bakının Mərdəkan qəsəbəsində doğulub.
1968-ci ildə Bakı Dənizçilik Məktəbinə daxil olub. 1972-ci ildə həmin məktəbi gəmi sürücüsü kimi bitirib.
O, əmək fəaliyyətinə 1973-cü ildə Xəzər Dəniz Gəmiçiliyi İdarəsinə məxsus gəmisdə kapitanın III köməkçisi kimi başlayıb. 1998-ci ildə “General Şıxlinski” gəmisinin sükanı arxasına keçib. 7 il bu gəmidə kapitan olub. Daha sonra “Şamxor”, “Lənkəran”, “Abşeron” gəmilərində kapitan olaraq işləyib. 2008-ci ildən əmək Xəzər Dəniz Neft Donanmasında çalışıb.
Elşad Dadaşov 2013-cü ildə təqaüdə çıxıb.
asco.az