“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsinə həsr olunmuş tədbir keçirilib.
İclasda Zavodun Əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi şöbəsinin rəisi Babək Hüseynov istehsalatda bədbəxt hadisələrin baş verməməsi üçün görülən təhlükəsizlik tədbirləri barədə məlumat verib.
Baş mühədis Hüseynqulu Heydərov çıxışında Zavodda bütün işlərin qaydalar çərçivəsində həyata keçirilməsinin vacibliyindən danışıb.
Daha sonra Zavodda bölmələr üzrə ƏMTT, ekologiya, yanğın təhlükəsizliyi baxımından ən çox rast gəlinən nöqsanlar və onların həlli yolları ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin içməli suya və enerjiyə qənaət barədə danışılıb.

seanews.az