“Tallink Grupp” Estoniya və Finlandiya arasında kruiz marşrutuna xidmət göstərməyi tam bərpa edəcək

133

Yük və sərnişin daşımaları operatoru “Tallink Grupp” Tallinn-Helsinki marşrutu üzrə məşhur kruiz xidmətinin fəaliyyətini tam bərpa etmək niyyətindədir.

“Seanews.az” xəbər verir ki, 2023-cü il oktyabrın 12-dən “Viktoriya-I” kruiz gəmisi xətt üzrə hərəkətə başlayacaq.

Beləliklə, şirkət bu marşrut üzrə gündəlik səfərlərin sayını pandemiyadan əvvəlki səviyyəyə çatdıracaq. Tallin ilə Helsinki arasında hər gün 14 gəmi səfərinin həyata keçirilməsi planlaşdırılır.

“AS Tallink Grupp” Baltik dənizinin şimal regionunda aparıcı yük və sərnişin gəmisi operatorlarından biridir. 15 gəmidən ibarət donanmaya malik şirkət “Tallink” və “Silja Line” brendləri altında yeddi marşruta xidmət göstərir.