Agentliyin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinə (GHİM) Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosundan təhlükəli hidrometeoroloji hadisə haqqında məlumat daxil olub.
Məlumata əsasən, sentyabrın 10-da Xəzər dəniz akvatoriyasında başlayacaq küləyin 11-i səhər saatlarına kimi davam edəcəyi prognozlaşdırılır.
Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 33-38 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyü: 2.0-4.0 m, sonrakı inkişafda 5.5-7.5 m. çatacağı proqnozlaşdırılır.
