Aktau və Kurık limanlarının akvatoriya və kanallarında dərinliklə bağlı kəskin problem yaşandığından dəniz üzgüçülüyünün təhlükəsizliyini təmin etmək üçün təcili dərinləşdirmə işləri tələb olunur.
Bu barədə “LS”-ə Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyindən məlumat verilib.
“İlkin hesablamalara görə, dərinləşdirmə işləri üçün 40,4 milyard təngə lazım gələcək. Layihə sənədləri hazırlandıqdan sonra dəqiqləşdirmə tələb olunacaq. Layihənin icra müddəti 2023-2025-ci illər nəzərdə tutulub. Bu gün maliyyələşmənin mənbəyi və mexanizmi müəyyənləşdirilir”, – deyə nazirlikdə bildiriblər.
Liman akvatoriyasında rahat keçid üçün tələb olunan dərinlik 6,11 metr əvəzinə orta hesabla 4,9 metrdir. Bu, gəmilərin yalnız 75% yüklə limana yan almasına və limandan çıxmasına imkan verir. Dərinləşdirmədən sonra gəmilər tam yüklənəcək. Bu, həm də Qazaxıstan limanlarının yük dövriyyəsini 25-30% artıracaq.
“Seanews.az”