BMT dənizdə dibdərinləşdirmə işlərinin monitorinqi üçün platforma hazırlayıb

137

Nəzarətsiz qum mədənləri, xüsusən də ən intensiv olduğu yerlərdə ekosistemlərə zərər verir, dəniz biomüxtəlifliyinin məhvinə və daşqınlara səbəb olur.

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) məlumatına görə, dünyada hər il təxminən 6 milyard ton qum çıxarılır. Son illərdə tikinti sənayesinin inkişafı fonunda quma tələbat xeyli artıb. BMT dünyanın müxtəlif regionlarında qum hasilatı ilə bağlı beynəlxalq qaydaların qəbul edilməsinin tərəfdarıdır və bu fəaliyyətin daha effektiv monitorinqi və idarə edilməsinə çağırır. Qum karbohidrogenlər və şirin su ilə bərabər təbii sərvət hesab olunur.

UNEP dəniz qumunun ixracını qadağan edən nümunələr kimi İndoneziya, Tayland, Malayziya, Vyetnam və Kambocanı göstərir.

UNEP bildirib: “Dayaz sularda mədən və dərinləşdirmə işlərinin ətraf mühitə təsirinin miqyası, o cümlədən biomüxtəliflik, suyun bulanıqlığı və səs-küyün dəniz məməlilərinə təsirləri həyəcanvericidir. Biz bütün maraqlı tərəfləri, Üzv dövlətləri və dibqazma sektorunu qumu strateji material kimi nəzərdən keçirməyə və bütün dünyada dibqazma standartlarının yaxşılaşdırılması ilə bağlı müzakirələrdə fəal iştirak etməyə dəvət edirik.”

UNEP dəniz mühitində dibdərinləşdirmə işlərinə nəzarət etmək üçün “Marine Sand Watch” platformasını işləyib hazırlayıb. Platforma qlobal qaynaqlar haqqında məlumat toplayır, gəmilərdən gələn Avtomatik İdentifikasiya Sistemi (AIS) siqnallarından və dibdərinləşdirən gəmilərin əməliyyatlarını izləmək üçün süni intellektdən istifadə edir.

Seanews.az”