Hindistan kabotaj daşımaları ilə bağlı bütün məhdudiyyətləri aradan qaldıracaq

279

Hindistan hakimiyyəti kabotaj daşımalarına qoyulan bütün məhdudiyyətləri aradan qaldırmağı planlaşdırır.

“Seanews.az” xəbər verir ki, bu qərar Hindistanın Baş Gəmiçilik İdarəsinin xüsusi icazəsi olmadan başqa ölkələrdə qeydiyyatdan keçmiş və xarici bayraq altında üzən gəmilərə kabotaj marşrutlarında fəaliyyət göstərməyə icazə verəcək.

Hindistanın nəqliyyat strukturunda kabotaj daşımalarının payı cəmi 7%, avtomobil və dəmir yolu nəqliyyatının payı isə müvafiq olaraq 62% və 31% təşkil edir. Beləliklə, Hindistan hökuməti kabotaj gəmiçiliyini enerjiyə qənaətcil və ucuz kimi təşviq etmək niyyətindədir və yükləri avtomobil və dəmir yolu nəqliyyatından ona yönləndirməyi hədəfləyir.

Qeyd edək ki, Hindistan hakimiyyəti mövcud kabotaj qanununu bir neçə dəfə yumşaldıb.