Qrenlandiyada üç gündür palçığa batıb qalan kruiz gəmisi xilas edildi – FOTO

251

Qrenlandiyada bazar ertəsi günündən palçığa batıb qalan lüks kruiz gəmisi nəhayət, xilas edilib.

Göyərtəsində 206 sərnişin və ekipaj üzvləri olan “Ocean Explorer” gəmisi Şimal-Şərqi Qrenlandiya Milli Parkı ərazisində palçığa batıb.

Bir neçə cəhddən sonra Qrenlandiya tədqiqat trauleri onu çıxarmağa müvəffəq ola bilib.

Gəminin sahibi olan “SunStone” şirkətindən verilən məlumata görə, gəmidə olan heç kim xəsarət almayıb. Lakin tur operatoru “Aurora Expeditions” bildirib ki, bir neçə nəfər COVID-19-a yoluxub.

Danimarka Silahlı Qüvvələrinin Birgə Arktika Komandanlığı hadisə yerinə təftiş gəmisinin gələcəyini qeyd edib.

“İndi gəmi və onun sərnişinləri limana çatdırılacaq və gəminin dibinə dəyən zərər qiymətləndiriləcək, sərnişinlər isə öz ölkələrinə qayıda biləcəklər”, – deyə “SunStone”dan bildirilib.

Mənbə: BBC