İstanbul sahillərində yük və konteyner gəmiləri toqquşub

206

Rusiyadan gələn yük gəmisi İstanbul sahillərində konteyner gəmisi ilə toqquşub.

Bu barədə Türkiyə Sahil Mühafizəsi məlumat yayıb.

Hadisə Mərmərə dənizindəki Axırkapı körpüsü yaxınlığında baş verib. 228 metr uzunluğundakı “New Legend” yükdaşıyıcısı ilə 141 metr uzunluğundakı “Elbsun” konteyner gəmisi toqquşub9-.

Sahil mühafizəsinin məlumatına görə, Honkonq bayrağı altında üzən “New Legend” Rusiyadan Malayziyaya gedirmiş. Konteyner gəmisi isə Portuqaliya bayrağı altında üzür. Hadisə nəticəsində itkilərin olmadığı bildirilir.

Mənbə: Haber Global