Azərbaycanda dövlətə məxsus iki nərə balıq artırma zavodu – LƏĞV OLUNUR

441

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus C.Cavadov adına Kürağzı Nərə Balıqartırma Zavodu və Şirvan Nərə Balıqartırma Zavodu ləğv olunur.

FED.az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı qərar sentyabrın 19-da qəbul olunub. Qərara əsasən, Ləğvetmə Komissiyası yaradılıb. Komissiyanın sədri Rəşad Allahverdiyevdir.

Kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, 35 ünvanına bildirə bilərlər.