“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya şöbəsinin rəisi Elşən Zeynalov Türkmənistanın Aşqabad şəhərində təşkil olunan “Xəzər dənizi – dayanıqlı inkişaf və idarəetmə” mövzusunda təlimdə iştirak edib.
Təlimin proqramı okean və dənizlərlə insan münasibətlərinin idarəedilməsində davamlılıq konsepsiyası, çoxtərəfli diplomatiya və beynəlxalq danışıqların qaydaları, fikir ayrılıqlarının aradan qaldırılması və münaqişələrin həlli, dəniz məkanının planlaşdırılması, okean sağlamlığı və mavi iqtisadiyyat, ekoloji problemlər, Xəzər dənizinin imkanları və s kimi mövzularla zəngin olub.
Bu kursun əsas məqsədi Xəzər dənizinin resursların qorunmasına və ətraf-mühitin mühafizəsinə uyğun siyasət yürüdəcək mütəxəssislərin hazırlanmasından ibarətdir.
Türkmənistanın Xəzər dənizi İnstitutu və Maltanın Beynəlxalq Okeanlar İnstitutunun birgə təşkilatçılığı ilə 11-22 sentyabr 2023-cü il tarixlərində baş tutan təlimin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.
seanews.az