Qazaxıstan Almaniyaya Xəzər limanlarının inkişafında iştirak etməyi təklif edir

172

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev alman biznesini Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun və Xəzər dənizinin limanlarının inkişafında iştirak etməyə dəvət edib.

Seanews.az xəbər verir ki, Qazaxıstan prezidenti nəqliyyat və tranzit sektorunda səmərəli qarşılıqlı fəaliyyətin zəruriliyinə diqqət çəkib.

“Bu gün Mərkəzi Asiya regionu “Şimal-Cənub”, “Şərq-Qərb” istiqamətlərində kontinental körpü kimi mühüm rol oynayaraq qlobal yükdaşımada əsas halqaya çevrilir. Transxəzər marşrutunun inkişafı və onun “Qlobal Gateway” strategiyası ilə əlaqəsi xüsusi əhəmiyyət kəsb edir. Ortamüddətli perspektivdə “Bu dəhlizlə yükdaşımaların həcmi 5 dəfə artırıla bilər. Bu məqsədlə sistemli iş aparılır. Biz alman tərəfdaşlarını Xəzər marşrutu və Xəzər dənizinin limanları, eləcə də nəqliyyat gəmilərinin birgə istehsalı və logistik mərkəzlərin yaradılması missiyasının inkişafında fəal iştirak etməyə dəvət edirik.”, – Tokayev Berlində Mərkəzi Asiya dövlət başçılarının və Almaniya kanslerinin sonuncu görüşündə deyib.