Cənub-qərb küləyi güclənib, Xəzərdə dalğanın hündürlüyü 2,5 metrə çatıb – FAKTİKİ HAVA

145

Saat 20:00-a olan məlumatına əsasən cənub-qərb küləyinin maksimal sürəti arabir Qobustanda 18 m/s, Bakıda və Abşeron yarımadasında isə 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,5 metrə çatıb.

Bu barədə “Report”a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan MR-da 25, Aran rayonlarında 23, dağlıq rayonlarda 19 dərəcəyədək isti olub.