“Rohe Solutions” şirkəti bioqazın mayeləşdirilməsinə başlayacaq

131

“Rohe Solutions Oy” şirkəti Finlandiyanın “Hamina LNG” terminalında boru kəməri şəbəkəsindən əldə edilən bioqazı mayeləşdirməyə başlayacaq.

“Seanews.az” xəbər verir ki, mayeləşdirmə və ilk sınaq tədarükləri 2024-cü ilin əvvəlinə planlaşdırılır. Şirkətin bəyanatında deyilir ki, qərar bu cür yanacağa artan tələbata ödəmək məqsədi daşıyır.

 “Haminan kaasuklusteri” qrupuna daxil olan “Rohe Solutions” təbii qaz, mayeləşdirilmiş təbii qaz (LNG) və bioqaz təchizatı ilə məşğul olur və sənaye istehsalı, ağır yüklərin daşınması və dəniz nəqliyyatı üçün zəruri olan müvafiq xidmətləri göstərir.