Bölgədəki gərginlik səbəbindən İsrailin Hayfa limanından erkən ayrılan “Nieuw Statendam” adlı kruiz gəmisi Antalyanın Alanya rayonuna gəlib.
Niderland bayrağı altında üzən nəhəng kruiz gəmisi Alanya limanına yan alıb. Gəminin göyərtəsində əksəriyyəti ABŞ-dən olmaqla, Kanada, Niderland və Belçikadan 2 min 542 sərnişin olub.
Gömrük prosedurlarından sonra sərnişinlər gəmini tərk edərək rayonun tarixi və turistik yerlərini gəzib, bəziləri isə alış-veriş ediblər.
Bildirilib ki, gəmi Limassol limanına getmək üçün axşam saatlarında ərazidən ayrılacaq.
Həmçinin “Nieuw Statendam” gəmisinin Alanya səfərinin planlaşdırılmadığı və Fələstin-İsrail gərginliyi səbəbindən marşrutunu dəyişdiyi qeyd edilib.
https://www.dailymotion.com/embed/video/x8oot78
Mənbə: Haber Global