13 oktyabrdan etibarən Dəniz Vağzalı kompleksində “Go Green” adlı ekosərgi fəaliyyətə başlayacaq

526

Bakı Limanın da dəstəyi və NARGIS nəşriyyat evinin təşəbbüsü ilə həyata keçiriləcək “Go Green” adlı ekosərgisini ziyarət edənlər, Azərbaycanın tanınmış heykəltaraş və rəssamları tərəfindən hazırlanmış biri-birindən maraqlı incəsənət nümunələri ilə tanış ola biləcəklər. İncəsənət vasitəsi ilə müasir ekoloji problemləri ictimaiyyətə çatdırmaq məqsədini daşıyan sərgi, 30 noyabr tarixinədək davam edəcək.

Source:https://www.facebook.com/BakuSeaTradePort