Rumıniyanın ölkəmizdəki səfiri “Suraxanı” gəmi-muzeydə olub

251

Rumıniya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasile Soare və Səfirliyin baş administratoru Nikoleta Zagura “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyini ziyarət edib.

Qonaqlar muzeyin ekspozisiya zallarını gəzərək Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, dünyada ilklərdən sayılan gəmilər, dəniz nəhəngləri, gəmiçiliyin ayrılmaz atributlarından olan naviqasiya alətləri ilə yaxından tanış olublar.Muzeyin bələdçisi Səfirlik nümayəndələrinə muzeyin zallarında tətbiq edilən müasir texnoloji avadanlıqlardan və innovativ yeniliklərdən danışıb. Bildirib ki, burada oyun manipulyatorları vasitəsilə müxtəlif gəmi əməliyyatlarını müstəqil şəkildə yerinə yetirmək mümkündür.Qonaqlara dünyanın ilk tanker-muzeyinin yaranması barədə də ətraflı məlumat verilib, tankerin muzeyə çevrilməsini əks etdirən video göstərilib.“Suraxanı” gəmi-muzeyi ilə tanışlıqdan sonra səfir Vasile Soare “Fəxri Qonaqlar” kitabına ürək sözlərini yazaraq buradan xoş təəssüratlarla ayrıldıqlarını qeyd edib.

seanews.az