Görüşdə şirkətimizin partnyorluq etdiyi GN Group şirkətinin insan resursları üzrə müdir müavinləri Əli Əliyev və Yasin Ayaz, “Liman Sığorta və Təkrarsığorta Brokeri” şirkətinin nümayəndələri Kənan Məmmədov və Əli Hüseynli iştirak ediblər.
Nümayəndələr dənizçilərlə görüşərək onları maraqlandıran suallara cavab verib. Eyni zamanda onları narahat edən bir sıra problemlərin həlli yolunda maarifləndirici söhbətlər aparıb.
“Liman Sığorta və Təkrarsığorta Brokeri” şirkətinin korporativ şöbə rəhbəri Kənan Məmmədov dənizçilər üçün yaradılan sığorta imkanlarından bəhs edərək sığorta sahəsində dənizçiləri maraqlandıran suallara aydınlıq gətirib . Eyni zamanda sığorta brokerliyi xidmətinin üstünlüyü və dənizçilər üçün hazırlanmış sığorta məhsulları barədə ətraflı məlumat verib.
Qeyd edək ki, “Açıq qapı” 20 oktyabra qədər davam edəcək.
Görüşdə iştirak etmək istəyən dənizçilər öz CV nümunələri ilə 20 oktyabr saat 11:00-da ofisimizə yaxınlaşa bilərlər.


